Kürdəmirdə yaşayış evinin həyətyanı sahəsindəki yanğın söndürüldü – VİDEObackend

Kürdəmirdə yaşayış evinin həyətyanı sahəsindəki yanğın söndürüldü - VİDEO

Kürdəmir rayonundakı Xırdapay kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki yanğın söndürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olan kimi dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisənin qiymətləndirilməsi zamanı məlum olub ki, yanğın vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidən başlayıb. Yanğının hər an bitişik evə keçmə riskinin olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onun genişlənərək bitişik evə keçməsinə imkan verilməyib və yanqın qısa müddət ərzində söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan köməkçi tikilinin 30kv.m. sahədə olan konstruksiyaları yanıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*