Küveytdə dövlət qurumu hücuma məruz qaldıbackend

Küveytdə dövlət qurumu hücuma məruz qaldı

Küveytdə Sosial Təminat Qurumunun binasına hücum edildiyi və nəticədə dağıntı olduğu bildirilib.

KONKRET.az xəbər verir ki, hücumdan sonra Küveyt Kommunikasiya Mərkəzi məsələ ilə bağlı açıqlama yayıb.

Bəyanatda Sosial Təminat Qurumu binasının hədəfə alındığı və insident nəticəsində obyektə maddi ziyan dəydiyi qeyd olunub.

Hadisə Küveyt Beynəlxalq Hava Limanı ərazisində yerləşən yanacaq anbarlarına edilən hücumlardan sonra baş verib.

Bundan əvvəl Küveyt ordusu hava limanına məxsus yanacaq anbarlarının bəzi pilotsuz uçuş aparatları (dronlar) tərəfindən hədəfə alındığını açıqlamışdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*