Laçın-Xankəndi yolundakı aksiya 68 gündür davam edirbackend

Laçın-Xankəndi yolundakı aksiya 68 gündür davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

KONKRET.az xəbər verir ki, aksiya gecəboyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 68-cı günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -8 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*