Larsın girişində 1 500 -dən çox yük maşını, o cümlədən erməni yük maşını ilişib qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Aram Tananyan SputnikArmenia-ya deyib. O bildirib ki, onların hamısı keçid məntəqəsində növbəyə dayanıb. Hər gün daha bir neçə yüz avtomobilin yığılması vəziyyəti daha da ağırlaşdırır.
Gömrükçülər gücləndirilmiş iş rejimində işləyirlər: gündə 500-600 avtomobil buraxırlar. Qudauri-Kobi hissəsində hələ də gündüz qar uçqunu təhlükəsinin qalması, nəqliyyatın hərəkətinin əsasən axşam və gecə saatlarında həyata keçirilməsi vəziyyəti daha da gərginləşdirir.
Xuraman Etibarlı,
KONKRET.az
