“Layihənin əleyhinə səs verəcəm” – Rusiyalı deputatdan etirazbackend

"Layihənin əleyhinə səs verəcəm" - Rusiyalı deputatdan etiraz

Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov  məktəblərdə dini geyim qadağası nəzərdə tutan qanun layihəsini tənqid edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırovun “sağ əli” hesab olunan deputat Telegram-da Dövlət Dumasının vitse-spikeri və prezidentliyə keçmiş namizəd Vladislav Davankova ənənəvi dini dəyərlərin Rusiya üçün əhəmiyyətini izah etməyə çalışıb.

Deputat xatırladıb ki, təkcə müsəlman qadınlar deyil, pravoslav qadınlar da başlarını örtməlidirlər: “Davankova onu da xatırlatmaq istərdim ki, pravoslavlıqda qadın da Allah sevgisi, qadınlıq və təvazökarlıq simvolu kimi hicab taxmalıdır”.

O, bu layihənin əleyhinə səs verəcəyini vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2012-ci ildə rusiyalı müsəlman qadınlar üçün məcburi hicabın əleyhinə çıxış etmişdi. O, Rusiya təhsil müəssisələrində hicab taxmağın heç bir yaxşı tərəfinin olmadığını və hətta ölkənin müsəlman respublikalarında belə ənənələrə uyğun olmadığını bildirmişdi.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*