2019-cu ildə 7.4 milyon Fransız tibbi yardımdan kənarda qalıb
Bu fakt Fransız Bələdiyyə Başçıları Birliyi və Fransız Qarşılıqlı Müttəfiqliyinin apardığı birgə araşdırma nəticəsində bəlli olub. Araşdırmaya görə 2016-cı ildə isə 5,7 milyon vətəndaş davamlı tibbi yardım ala bilməyib.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın populyar “Le Figaro” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, hazırda Fransada 1 milyon vətəndaşa cəmi 151 həkim düşür. Bu isə Avropada ən aşağı göstəricidir.
Həkim çatışmazlığı Fransada getdikcə sürətlənir. Əgər zəruri tədbirlər görülməsə, vəziyyət daha da pisləşə bilər. ”Mutualité Française”-nin səhiyyə direktoru Severin Salqado Fransız Bələdiyyə Başçıları Birliyi ilə keçirilən ilk sağlamlıq barometrinin təqdimatı zamanı deyib ki, tibbi xidmət ərazi boyunca zəif bir şəkildə paylanıb və getdikcə azalır. O əlavə edib ki, tədqiqatın aparıldığı 2019-cu ildə əhalinin 11,1% normal tibbi xidmət ala bilməyib. Bu isə 7,4 milyon fransız deməkdir. 2016-cı ildə isə bu rəqəm 5,7 milyon 8,6% olub. “Göründüyü kimi tibbi səhralaşma getdikcə sürətlənir “, – deyə Salqado təəssüflənib.
Araşdırma nəticəsində bəlli olub ki, ölkə üzrə proporsiya pozulub. Belə ki, bir milyon əhaliyə Eure bölgəsində vur-tur 94 həkim düşür. Bir milyon əhali üzrə ən çox həkim isə Hautes-Alpes bölgəsinə (248) düşür. Səhiyyə direktoru əlavə edib ki, səhiyyə işinin yenidən təşkili üçün təkliflərimizi hazırlamışıq. Bildiyiniz kimi tibbi xidmət hazırda bələdiyyə sədrlərinin səlahiyyətlərinə aid deyil. Ona görə də bBələdiyyə sədrlərinin və ya icma rəhbərlərinin səhiyyə sahəsində maliyyələşdirmə iştirak edə bilməsi üçün yeni qanunvericilik mexanizmlərinə ehtiyacımız var” .
KONKRET.az
