Lənkəranda 45 yaşlı qadın YANDIbackend

Lənkəranda 45 yaşlı qadın YANDI

Lənkəranda 45 yaşlı qadın yanıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1978-ci il təvəllüdlü Z.Hüseynova həyətdə təmizlik işləri görərkən küçədə zibil tullantılarını yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın zibillərin üzərinə benzin töküb. Bu zaman onun əlindəki əşya alovlanıb və Z.Hüseynova yandırıb.

Köməyə gələn qonşular təcili yardım briqadasının köməyi ilə onu xəstəxanaya çatdırıblar. Xəstənin vəziyyəti ağır qiymətləndirilməsi səbəbindən zəruri tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*