Lənkəranda ağır qəza – Vəzifəli şəxs yaralandıbackend

Lənkəranda ağır qəza - Vəzifəli şəxs yaralandı

Bu gün səhər Lənkəranda baş verən yol qəzasında 7 nəfər xəsarət alıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi zamanı xəsarət alanlar, “Mercedes” markalı avtomobilin sürücüsü Lənkəran rayonunun Vilvan kənd sakini 1988-ci il təvəllüdlü Sadik Rzayev, “Niva” markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Lənkəran rayonunun Köhnəgəgir kənd sakini Allahverdi İbrahimov və sərnişinlər – 1970-ci il təvəllüdlü Köhnəgəgir kənd sakini Allahverdiyev Füzuli Allahverdiyev, 1991-ci il təvəllüdlü Köhnəgəgir kənd sakini Günel İbrahimova, 1998-ci il təvəllüdlü Təmail İbrahimov, eləcə də iki azyaşlı – 2019-cu il təvəllüdlü Günəş Agayeva, 2012-ci il təvəllüdlü Mirvəli Agayevdir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

“Niva” markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü Allahverdi İbrahimov Köhnəgəgir kənd ərazi dairəsi üzrə icra nümayəndəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*