Lənkəranda avtomobil elektrik dirəyinə çırpıldıbackend

Lənkəranda avtomobil elektrik dirəyinə çırpıldı

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın xəbərinə görə, hadisə bu səhər köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib.

Lənkəran rayonunun Viravul kənd sakini 1961-ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədov idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü və sərnişin – sürücünün həmkəndlisi 1947-ci il təvəllüdlü Şakir Əliağa oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Həkimlər onlara sağ baldırın aşağı 1/3 – nin sınığı, üst dodağın kəsilmiş yarası, döş qəfəsinin və hər iki baldırın küt travması diaqnozu qoyublar.

Vəziyyəti daha ağır olan 77 yaşlı Şakir Həsənova ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, qəzada xəsarət alan Şakir Əliağa oğlu Həsənov Birinci Qarabağ müharibəsində şəhid olan Rüfət Həsənovun atasıdır.

Faktla bağlı araşdırma aparılır.(Apa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*