Liseyin qarşısında iyrənc elan: “Arıq, qısa boylu qız axtarıram”backend

Liseyin qarşısında iyrənc elan: “Arıq, qısa boylu qız axtarıram”

Yunanıstanın Rodos adasındakı orta məktəbin qarşısından asılan ingilis dilində elan ölkəni şoka salıb.

KONKRET.az xəbər verir ki, orta məktəbin qarşısında ingilis dilində asılan elan valideynləri qorxudub. Polis dərhal hərəkətə keçib

Rodosdakı lieylərin birində yazılan elanın “müəllifi”nin adada yaşayan norveçli olduğu bildirilib. Elanı görən valideynlər dərhal polis idarəsinə məlumat veriblər və hadisə ilə bağlı araşdırma başlayıb.

Anonim norveçli elanda “2 saatlıq gəzintimə yoldaşlıq edəcək arıq və qısa boylu qız tələbə axtarıram. O, bikini və şortik geyinməlidir, siqaret çəkməməlidir. 15 avro verəcəm. Görüş cümə axşamı saat 13.00-da kafenin qarşısında olacaq”.

Rodosda aparılan axtarışlardan sonra polis yetkinlik yaşına çatmayanları cinsi hərəkətlərə təhrik etməkdə ittiham olunan norveçlini tapıb.

Norveçlinin ona qarşı müddəalarda nəzərdə tutulan prosedura əməl etmək üçün bu gün prokurorluğa gətiriləcəyi gözlənilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*