Litva Norveçdən ölkədəki NATO batalyonlarının genişləndirilməsini istəyib.
KONKRET.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvydas Anusauskas norveçli həmkarı Byorn Arild Gram ilə keçirdiyi mətbuat konfransında bildirib:
“Madriddəki görüşdə NATO-nun şərq hissəsinin müdafiəsini gücləndirəcək mühüm qərarların qəbulunu gözləyirik. Düşünürəm ki, ortaq məqsədlərə doğru birlikdə hərəkət etməliyik”.
Qeyd edək ki, hazırda Litvada NATO missiyasının tərkibində 200 əsgər xidmət edir.
İqbal Rzayev,
KONKRET.az
