Alimlər bu paxlalıların hər gün yeyilməsini tövsiyyə edir.
Lobya və mərci ürək qan damar sistemi üçün çox faydalıdır.
KONKRET.AZ Medicina.az-a istinadən xəbər verir ki, elmi tədqiqatlar sübut edib ki, həftə ərzində qidasında lobya, mərci olan insanlarda yüksək təzyiq, ürəyin işemiyası, infarkt, damarların tutulması riski 10% azdır. Eləcə də onlar piylənmədən əziyyət çəkmir.
Lobya, paxla, mərci liflə zəngindir, bitki zülalıdır, yağ və xolesterin yoxdur. Qlikemik indeksi az olduğu üçün şəkər xəstələri üçün də vacibdir.
