Lukaşenko niyə yenidən Rusiyaya getdi?backend

Lukaşenko niyə yenidən Rusiyaya getdi?

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya gedib. 

KONKRET.az BELTA-ya istinadla xəbər verir ki, o, Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Tərəflər iyulun 23-də danışıqlar aparacaq: “Danışıqların gündəliyi müəyyən edilib, müzakirə olunacaq çoxlu məsələlər var. Onların arasında təhlükəsizlik, beynəlxalq gündəm, iqtisadi əməkdaşlıq, qanunsuz sanksiyalar təzyiqinə qarşı mübarizə və s. var”.

Qeyd edək ki, Lukaşenko iyulun 21-də xarici və belarus jurnalistləri ilə görüşdə Putinlə danışıqlara hazır olduğunu açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*