Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 7-də Rusiya dövlətinin başçısı Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı rambler.ru saytı yayıb.
“Çox güman ki, fevralın 7-də prezident Putinlə görüşəcəyik. Həqiqətin bir məqamı gəldi. Biz bu münasibətlərin təşəbbüskarı olmuşuq, onu sındırmalı deyilik”, — deyə Lukaşenko bildirib.
Eyni zamanda, o, Belarus-Amerika münasibətlərində soyuq dövrlərin başa çatdığını bildirib.
Dövlət Departamentinin rəhbəri Mayk Pompeo fevralın 1-də Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə ABŞ-ın Belarusu enerji resursları ilə tam təmin etməyə hazır olduğunu bildirib.
Babək Göyüş
KONKRET.az
