Lunyov milliyə buraxılacaqmı? – Qurban Qurbanovdan açıqlamabackend

Lunyov milliyə buraxılacaqmı? - Qurban Qurbanovdan açıqlama

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Andrey Lunyovun Rusiya millisinə çağırılmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, TASS agentliyinə açıqlamasında Andreyin milliyə dəvətinə normal münasibət bəslədiyini vurğulayıb: “Lunyov milli komandanın məşqçilərinin diqqətini cəlb edə bilibsə, deməli, bu müddətdə yaxşı və ardıcıl çıxış edib. Ümumiyyətlə, mənim futbolçum yaxşı və ardıcıl oynayanda, milliyə çağırılanda buna həmişə sevinirəm. Onu buraxıb-buraxmamağımıza gəlincə, futbolçunun fikri də önəmlidir. Mənim üçün futbolçunun psixoloji hazırlığı da rol oynayır.

Əgər bunun ona pis təsir etdiyini bilsəm, təbii ki, onu heç vaxt milliyə buraxmaran. Düşünürəm ki, Andreyin özü də bu çağırışı qəbul etmək istəyəcək və bu, onun üçün əlavə motivasiya olacaq. Mən də onun işindən razıyam, amma Lunyov hələ də inkişaf edə bilər. Bu, onun maksimum səviyyəsi deyil. Ümid edirəm ki, Andrey tezliklə maksimuma çatacaq. Ola bilsin ki, onu milliyə buraxmayaq. Amma düşünürəm ki, bununla bağlı heç bir problem olmayacaq. Çünki biz hamımız peşəkarıq və vəziyyəti başa düşürük”.

Xatırladaq ki, Martın 21-də Rusiya millisi Serbiya, martın 25-də isə  Paraqvayla yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Moskvada oynanılacaq.//Qol.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*