Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ – ŞAD XƏBƏRbackend

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQŞAD XƏBƏR

Yanvarın 1-dən pensiya və maaşlar artırılsa da, ictimaiyyətdə yenə də narazılıqlar var. İnsanlar bu artımdan sonra ərzağın 20-50 faiz aralığında bahalaşdığını bildirirlər. Bəs bu il bahalaşma nəzərə alınaraq maaş və pensiyalar yenidən artırıla bilərmi?

KONKRET.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, maaş və pensiyaların yenidən artırılması üçün büdcəyə əlavələr və dəyişiklər edilməlidir.

Onun sözlərinə görə, bunu başqa cür etmək mümkün deyil:

“Yaxın zamanlarda belə bir dəyişikliklərin olacağını düşünmürəm, amma bizdə son illər may-iyun aylarında büdcəyə yenidən baxılır. Ola bilər ki, elə may və iyun ayında büdcəyə yenidən baxılarkən müəyyən artımlar nəzərdə tutulsun”.

İqtisadçı deyib ki, maaş və pensiyaların yenidən artırılması may-iyun aylarına qədər Azərbaycandakı iqtisadi vəziyyətin rəqəmsal ifadəsindən asılı olacaq:

“Yəni artım məhz neft qiymətlərindən, neftin hasilatından, Azərbaycanın əlavə gəlir əldə edib-etməməsindən asılı olacaq. Bunlar baş verərsə, neftin qiyməti də kifayət qədər konfortlu zonada olarsa, ola bilər ki, may-iyun aylarında büdcəyə yenidən baxılsın. Bu zaman müəyyən yeni artımlar da nəzərdə tutula bilər”.

  • Elnur
    Fevral 19, 2024 - 18:15

    Müavinətləri 1 dəfə sevindirmişlər, qalmışdı 2 dəfə pensiya artması 😂

    • Roya
      Fevral 19, 2024 - 20:37

      Maaşlar nə vaxt artıb? Sərəncam verilməyib. Rəsmi iş yerlərinə sənət gelmiyib

    • Semerqe
      Fevral 20, 2024 - 21:46

      Heç nə gözlənilmir bu komandadan. Elə ömrümüz beləcə sona yetir. Allah heç siz məmurlara oğurladıqlarınızdan xeyir verməsin.

  • Arzu
    Fevral 20, 2024 - 07:21

    Salam.Başlıqla mövzunun heç bir əlaqəsi yoxdur.

  • Rəvan
    Fevral 22, 2024 - 22:27

    Əlillərin pensiyası niyə artmayıb

  • Yeganə
    Fevral 23, 2024 - 14:57

    əlillərin muavinetleri niye artmadi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*