Macarıstan 10 rusiyalı diplomatı ölkədən ÇIXARIRbackend

Macarıstan 10 rusiyalı diplomatı ölkədən ÇIXARIR

Macarıstan hökuməti Budapeştdəki Rusiya səfirliyinin 10 əməkdaşını diplomatik statusla uzlaşmayan fəaliyyət göstərdikləri səbəbi ilə ölkədən çıxarmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, xarici işlər naziri Anita Orban bildirib ki, bu qərar Macarıstanın təhlükəsizliyinin və suverenliyinin qorunmasına xidmət edir. O vurğulayıb ki, addım Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil və Budapeşt qarşılıqlı hörmət prinsipləri əsasında zəruri dialoqu davam etdirmək niyyətindədir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənləri şərh edərək, Budapeştdəki rusofob meyllərinə cavabın “sərt və ağrılı” olacağını bəyan edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*