Madonna və Britni Spirs əfsanəvi öpüşlərini təkrar etdilər – FOTObackend

Madonna Britni Spirs əfsanəvi öpüşlərini təkrar etdilər - FOTO

Britni Spirs və Sem Əsgərinin toyu təkcə yeni evlənənlərin toyunu pozan müğənninin keçmiş əri ilə deyil, həm də Britni Spirslə Madonnanın öpüşü ilə yadda qalacaq.

KONKRET.az xəbər verir ki, rəfiqələr 2003-cü ildə Video Musiqi Mükafatları mərasimində aralarında baş verən əfsanəvi öpüşü təkrarlamaq qərarına gəliblər.

Madonna və Spirsin öpüşdüyü an, bəlkə də şou-biznes tarixində əbədi olaraq qalacaq. Daha sonra pop kraliçası və pop şahzadənin davranışı təkcə tamaşaçıları və jurnalistləri deyil, həm də tədbirin təşkilatçılarını təəccübləndirib. Məlum olub ki, onlar müğənnilərin səhnədə nə edəcəyini bilməyiblər. Bu, ekspromt olub.

Xatırladaq ki, dünən Los-Ancelesdə ilin ən çox müzakirə edilən toylarından biri baş tutub. Britni Spirs və Sem Əsgəri Kaliforniyadakı evlərinin həyətində, ailəsi və dostlarının əhatəsində bir-birlərinə and içiblər. Gəncləri təbrik etmək üçün Paris Hilton, Selena Qomez, Drew Barrymore və Madonna gəlib. Britni Spirs gəlin aksessuarı kimi Versace libasını seçib. Ümid edirik ki, müğənni indi həqiqətən xoşbəxtdir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*