Madriddə yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaqbackend

Madriddə yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq

İspaniyanın paytaxtı Madriddə koronavirusa yoluxma hallarının artması səbəbindən yenidən məhdudiyyətlər tətbiq olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat verib.

Bazar ertəsindən etibarən tətbiq ediləcək yeni tədbirlər paytaxtın 850 mindən çox sakininə təsir edəcək. Məhdudiyyətlər COVID-19 ilə vəziyyətin daha ciddi olduğu 37 rayon və şəhərətrafı bölgəyə şamil ediləcək.

Sakinlər yalnız məktəbə, işə getmək və ya tibbi yardım almaq üçün rayonlarından çıxa biləcəklər. Altı nəfərdən çox qrup halında toplaşmağa qadağa qoyulacaq, parklar bağlanacaq, mağazalar isə saat 22:00-da bağlanmalıdır.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, İspaniyada ümumilikdə 625 min koronavirusa yoluxma halı qeydə alınıb. Amma Madrid və şəhərətrafı bölgələrdə yoluxma sayı ölkə üzrə orta göstəricidən təxminən iki dəfə çoxdur.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*