Magistral su kəmərində qəza: Yolu su basdı – VİDEObackend

Magistral su kəmərində qəza: Yolu su basdı - VİDEO

Kür-Bakı magistral su kəmərində qəza baş verib, yolu su basıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri suçəkmə və digər lazımi təhlükəsizlik tədbirlərinin görülməsi üçün dərhal əraziyə cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*