Makrona göndərilən məktubun içindən insan barmağı ÇIXDIbackend

Makrona göndərilən məktubun içindən insan barmağı ÇIXDI

Fransanın Yelisey Sarayına insan barmağının olduğu məktub göndərilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, barmağın sahibi artıq tapılıb. Onun şəxsiyyəti barədə təfərrüatlar açıqlanmır.

Məlumata görə, Yelisey Sarayının yazışma xidməti məktubu iyulun 9-10-da alıb.

Qeyd olunub ki, hadisə iyulun 14-də milli bayram olan Bastiliya Günü ərəfəsində baş verib. Tapılan barmaq polisin yeməklərini saxladığı soyuducuya yerləşdirilib.

Yelisey Sarayı şərh verməkdən imtina edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*