Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldıbackend

Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı

Salyan rayonunda intihar hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, dünən saat 13 radələrində Düzənlik kənd sakini 2002-ci il təvəllüdlü Mehdi Şirvanovun meyiti kənd ərazisindəki boş sahədə tut ağacından asılmış vəziyyətdə tapılıb. Onun özünü asaraq intihar etməsi məlum olub.

Bildirilir ki, hadisə vaxtı M.Şirvanov kənd sakinlərinin mal-qarasını örüşdə otarmağa aparıbmış.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*