“Manafın bəlkə sabah toyu var, niyə “içəri”də oturmalıdır?” – Müğənni ETİRAZ ETDİbackend

“Manafın bəlkə sabah toyu var, niyə “içəri”də oturmalıdır?” - Müğənni ETİRAZ ETDİ

Müğənni Tərənə Qumral həbs olunan həmkarı Manaf Ağayevlə bağlı sosial şəbəkə hesabında canlı yayım açıb.

KONKRET.az xəbər verir ki, o, canlı yayımda çıxışında Manaf Ağayevə dəstək olub.

Lakin Təranə Qumralın dəstəyi heç də birmənalı qaşılanmayıb. Qadın müğənninin “Manafın bəlkə sabah toyu var, nəyə görə “içəri”də oturmalıdır?” açıqlaması tənqidlə qarşılanıb. Belə ki, izləyicilər Təranə Qumralın Manaf Ağayevin nəyə görə həbs edilməsinin hələ də fərqində olmadığını bildiriblər.

Xatırladaq ki, Manaf Ağayev qanunsuz yolla işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdiyi üçün, dostu, iş adamı Sənan Hüseynovla birgə 15 sutka həbs olunub.”Qafqazinfo”

 

  • Tahir
    Fevral 19, 2022 - 13:43

    Manaf özümü evlənir? Evlənirsə canı çıxsın 15 gün sonra evlənsin? Yox hansısa toyda manısdıq edəcəksə ya toyu təxirə salsınlar ya da
    başqası oxusun. İndi Manafın toyu var deyə başını daşa döyüb qanun- qaydaları pozaraq Qarabağa getməlidir və cəzalanmamalıdır? Bu toy manısdarınin 90 faizi kraskalanıb bəzədilmiş bir səviyyəsizlər, savadsızlar, özündən müştəbeh görməmişlər toplusudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*