“Mançester Siti” çempionluq yolunda vacib qələbə qazandıbackend

"Mançester Siti" çempionluq yolunda vacib qələbə qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVI turun daha bir oyunu keçirilib.

KONKRET.az-ın məlumatına görə, çempionluğa iddialı “Mançester Siti” evdə “Nyukasl”ı qəbul edib. “Etihad” stadionundakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Şəhərlilər”dən qolları 19-cu və 90+3-cü dəqiqələrdə Rahim Sterlinq, 38-ci dəqiqədə Aymerik Lapor, 61-ci dəqiqədə Rodri və 90+1-ci dəqiqədə Fil Foden vurub.

Bu qələbədən sonra xallarını 86-ya çatdıran “Mançester Siti” liderliyini möhkəmlədib. Hazırda Mançester təmsilçisini ən yaxın izləyicisi “Liverpul”dan 3 xal ayırır.

“Nyukasl” isə 43 xalla 13-cü pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*