“Mançester Siti” “Tottenhem”ə uduzdubackend

"Mançester Siti" "Tottenhem"ə uduzdu

İngiltərə Premyer Liqasında XXVI turun mərkəzi görüşü “Mançester Siti” və “Tottenhem” komandaları arasında keçirilib.

KONKRET.az-ın məlumatına görə, Mançesterdəki “Etihad” stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2.

Hesabı 4-cü dəqiqədə London təmsilçisinin futbolçusu Deyan Kulusevski açıb. 33-cü dəqiqədə İlkay Gündoğan bərabərlik qolunu vursa da, 59-cu dəqiqədə Harri Keyn qonaqları yenidən önə çıxarıb.

Son 2 qol isə uzatma dəqiqələrinə təsadüf edib. 90+2-ci dəqiqədə Riyad Mahrezin penalti zərbəsi ilə tarazlıq bir daha bərpa edilsə də, 90+5-ci dəqiqədə Keyn özünün ikinci, komandasının qələbə topunun müəllifi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*