“Mançester Yunayted”in kapitanı sərbəst buraxıldıbackend

"Mançester Yunayted"in kapitanı sərbəst buraxıldı

Yunanıstanda tutulan İngiltərə millisinin və “Mançester Yunayted” klubunun futbolçusu Harri Maquayr sərbəst buraxılıb. 

KONKRET.az xəbər verir ki, 27 yaşlı müdafiəçi maraqlarını təmsil edəcək vəkillər təyin etdiyi üçün ölkəsinə qayıda biləcək. İş üzrə məhkəmə prosesi avqustun 25-ə təxirə salınıb.

Qeyd edək ki, “Mançester Yunayted”in kapitanı olan Harri Maquayr gecə klubundakı münaqişədən sonra polisə hücum etdiyi üçün tutulub. Hadisə avqustun 21-də Mikonos adasında baş verib. Maquayrlə birlikdə daha iki nəfər saxlanılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*