Maradonanın ölümünün dəqiq səbəbi açıqlandıbackend

Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı

Əfsanəvi futbolçu Dieqo Maradonanın cəsədinin autopsiyasının nəticələri açıqlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Clarin” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yarılma Maradonanın “xroniki ürək çatışmazlığının kəskinləşməsi nəticəsində yaranan kəskin ağciyər şişi” nəticəsində öldüyünü göstərib. Həkimlər, həmçinin, Maradonanın ürəyində genişlənmiş dilatasiya kardiomiopatiyası aşkar ediblər. Bu hal bir neçə səbəbdən baş verir və ürək kameralarının böyüməsinə gətirib çıxarır. Maradonanın ürəyinin adi insan ürəyindən iki dəfə böyük olduğu məlum olub. Bu orqan tədqiq edilmək üçün saxlanılıb.

Məhkəmənin təyin etdiyi toksikoloji testlərdə yarılma zamanı götürülən sidik və qandan istifadə ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*