Mariupolda cəhənnəmdən kömək çağırışı: “Ruslar bizi acından öldürəcək!”backend

Mariupolda cəhənnəmdən kömək çağırışı: "Ruslar bizi acından öldürəcək!"

Davamlı artilleriya atəşi, raketlər və snayperlər… Ukraynanın cənubundakı Mariupol şəhəri artıq bir aydır ki, Putin qoşunları tərəfindən mühasirədədir.

KONKRET.az xəbər verir ki, www.germania.one saytı bununla bağlı Qalina Krutikovanın reportajını dərc edib.

Məqalədə daha sonra yazılıb:

  • “Bu cəhənnəmin ortasında şəhərin dinc sakinləri tələyə düşüblər. Onların işığı, suyu və yeməkləri, demək olar ki, yoxdur. Ruslar ərzaqla dolu yük maşınlarının qarşısını alırlar. Şəhər sakinlərinə kömək edən Maksimin sözlərinə görə, ruslar şəhərin yalnız bir hissəsində yemək paylayırlar. Onlar humanitar fəlakətin miqyasını gizlətmək üçün bunu qəsdən edirlər. Snayperlər dinc sakinləri belə amansızcasına “dənləyir”.

Maksim təlaş içində bildirir ki, belə davam edərsə, hamı aclıqdan öləcək. Hərbi əməliyyatlara baxmayaraq, demək olar ki, hər gün şəhərə zəng edir ki, sakinlərə yemək və ya benzin gətirsin ki, heç olmasa kimsə qaça bilsin. Bu yaxınlarda şəhərə növbəti belə səfəri zamanı dostu işğalçıların əlinə keçdi. Onun avtomobili götürülüb. Mən özüm küçələrdə çoxlu ölü görmüşəm.

Dron görüntüləri dağıntının miqyasını göstərir, lakin yüz minlərlə insan hələ də oradadır, xarici dünya ilə əlaqəsi kəsilib.

İqor P. (54 yaş) dörd gün əvvəl Mariupoldan Dnepr şəhərinə gəlib. O, hələ də uşaqları (3 yaş və 11 yaş) ilə bu cəhənnəmdə olan bacısı üçün qorxur. İqor: “Mən onu tezliklə oradan çıxaracağam”. İqor tez-tez insanları qaçıran işğalçıların qorxusundan ailəsinin fotolarını göstərməməyi xahiş edir. “Heç kim bilmirdi bizi nə gözləyir. Bir ay əvvəl mən Hindistandan yoqa tətilindən qayıtdım”, – İqor deyir.

Mariupolun şimal-qərbindəki yalnız bir ərazidə rus ordusu şəhərin qalan hissəsində insanların necə aclıq çəkdiyindən diqqəti yayındırmaq üçün bu cür fotoşəkilləri yayaraq çörək paylayır.

Çarəsiz Mariupol sakinlərinin gözlənilməz bir ümid işığı var: Fransa insanları mümkün qədər tez şəhərdən çıxarmaq üçün Türkiyə və Yunanıstanla birlikdə humanitar yardım planlaşdırır. Bunu cümə günü axşam Brüsseldə Aİ sammitindən sonra prezident Emmanuel Makron deyib.

Bu münasibətlə artıq Mariupol meri ilə danışıqlar aparılıb və Ukrayna prezidenti Vladimir Zelenski ilə razılaşma əldə olunub. Bir neçə həftədir şəhəri mühasirəyə alan Rusiya ilə də razılaşma lazımdır”.

Sevinc Paşayeva,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*