Mariya Zaxarova Almaniya XİN-nin rəhbərinə cavab verdibackend

Mariya Zaxarova Almaniya XİN-nin rəhbərinə cavab verdi

Almaniyanın xarici işlər naziri Analena Berbok Rusiyanı Suriyadan hərbi bazalarını çıxarmağa çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında departament rəhbərinin Dəməşqə səfərindən əvvəl dərc edilmiş bəyanatında deyilir: “Rusiyanın Suriyadakı hərbi bazalarından əl çəkməsinin vaxtı çatıb”.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında Analena Berboka cavab verib: “Çox təəssüf ki, bunu ABŞ hərbi bazalarının yerləşdiyi ölkənin xarici işlər naziri deyir. Mənim ona bir sualım var: Almaniyanın xarici işlər nazirinin bu baxımdan Vaşinqtona oxşar nəsə deməsinin vaxtı çatmayıbmı”, -deyə Zaxarova yazıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*