Mark Episkopos: “Rusiya Ukrayna ilə müharibədə bu silahlardan istifadə edəcək”backend

Mark Episkopos: "Rusiya Ukrayna ilə müharibədə bu silahlardan istifadə edəcək"

“National Interest” jurnalının şərhçisi Mark Episkopos Rusiya ordusunun Ukrayna ilə müharibədə qələbəsini təmin edəcək beş növ silahın adını açıqlayıb.

KONKRET.az xəbər verir ki, məqalə müəllifinin fikrincə, Ukraynanın cənub-şərqində münaqişənin artması Rusiya ilə müharibəyə səbəb ola bilər. “Rusiya ordusunun havada və raket əleyhinə müdafiə baxımından nəzərəçarpacaq dərəcədə üstünlüyə malik olması Ukrayna Silahlı Qüvvələri üçün böyük çətinliklər yaradacaq”.

Jurnalist eyni zamanda inanır ki, Ukrayna Rusiyanın raketdən müdafiə sistemini məğlub edə bilməyəcək. Mütəxəssis Krımda yerləşən, Ukraynanın şərqindəki və mərkəzi hissəsindəki hərbi obyektlər üçün təhlükə yarada biləcək S-400 Triumf zenit raket sistemlərini xatırladıb. Bundan əlavə, Episkopos idarəolunan bomba və hava-yer raketləri ilə yüklənmiş Su-35S qırıcılarını bu siyahıya əlavə edib.

Siyahıda döyüş üçün nəzərdə tutulmuş BMP-3M hərbi maşınları üçüncü yeri tutur. Nəşr müəllifinin fikrincə, tanklarla müqayisədə bu maşınlar daha çox manevrlidirlər.

Jurnalist T-90M-i də xatırladıb və Rusiyanın xidmətdə olan tank sayına görə dünyada lider olduğunu vurğulayıb. Sonda jurnalist qabaqcıl hədəfləmə texnologiyası ilə təchiz edilmiş 2S19 Msta-S rusiyalı özüyeriyən haubitsalara diqqəti çəkib.

Rəsmiyyə Şərif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*