Dekabrın 10-u saat 17:50 radələrində Şəki şəhəri ərazisində Samir Məmmədov idarə etdiyi “Opel” markalı avtomobil ilə yolu keçən piyada, 1970-ci il təvəllüdlü Abduləzizova Arzu Səməd qızını vurub.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
