“Maska ilə cici-bacı olaq, nikah olmadan març-murcu dayandıraq” – Azər Qəribovbackend

“Maska ilə cici-bacı olaq, nikah olmadan març-murcu dayandıraq” – Azər Qəribov

Azər Qəribov, jurnalist

Sabahdan rayonlara gediş-gəliş açılır, hər kəsə görə çox sevinirəm buna, həm də eqoistik məqamlar var sevincimdə, çünki daxili turizmlə bağlı bəzi layihələri nəhayət ki, gerçəkləşdirmək olacaq.

Amma ehtiyatlı hisslər də var. Böyük Köç başlayacaq, ölkədaxili güclü miqrasiya prosesləri.

Və düşünürəm ki, əsas axın Bakıdan rayonlara deyil (şənbə-bazar istisna), əks istiqamətdə olacaq. Odur ki, gəlin bizi yenidən qapatmağa bəhanə verməyək, bu dəfə mən hamımızı məsuliyətli olmağa çağırıram.

Maska ilə cici-bacı olaq, nikah olmadan març-murcu dayandıraq, hətta deyərdim əlimizi də yuyaq, sadəcə, Qəbələyə gedəndə özünüzlə su aparın, kəndlərdə su yoxdur.

Biz son 6 ayda çox çətinliklərlə üzləşdik və iş-güc-pul-para-stress kimi problemlərlə yanaşı, mənəvi əziyətlər çəkdik.

Valideyinlərimizi görə bilmədik bir müddət, nəvə-nəticələr nənə-babalardan uzaq oldular, sms-lər, lokdaunlar və s. və i., özünüz bilirsiniz.

İndi isə həyat yavaş-yavaş öz axarına qayıdır, qaldı bu başı bəlalı iki M – metro və “mall”lar.

Şəxsən mən hesab edirəm ki, molları açmaq lazım idi, heç olmasa Bakı əhli həm öz azarını öldürərdi, həm yeni tədris və geyim mövsumu üçün bazarlığını edərdi.

Və beləliklə də “mall”lar rayonlardan gözlənilən insan axınına daha yaxşı hazır olardılar, nisbətən azalardı potensial sıxlıq.

Nə isə, sözüm odur ki, çox darıxmışdıq adi həyat üçün. Qaldı indi maddi məsələləri həll etmək, o da yaxşı olar, İnşallah.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*