Koronavirusun Avropada can almağa davam etdiyi günlərdə Belçikanın Brüssel şəhərində bir vətəndaş metroda əlini ağzına apararaq dəfələrlə metro dirəyinə sürtüb.
KONKRET.az xəbər verir ki, ağzında maska olan gəncin etdiyi hərəkət başqa bir sərnişin tərəfindən görüntülənib. Sosial media istifadəçiləri paylaşılan görünlülərə sərt reaksiya göstərərək həmin şəxsin ünvanına təhqirlər yağdırıb.
