Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan ərazisində üçüncü ölkələrin sorğuları əsasında Rusiya vətəndaşlarının saxlanılması hallarının davam etməsi fonunda rusiyalı turistlər üçün Ermənistana səfərlə bağlı tövsiyələrin verilə biləcəyini bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Matviyenko Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyanla telefon danışığı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi bu cür insidentlərin artıq sistemli xarakter aldığını hesab edir.
Matviyenko vurğulayıb ki, əgər bu praktika davam edərsə, Rusiya öz vətəndaşlarına Ermənistan səfərləri ilə bağlı rəsmi xəbərdarlıq və ya tövsiyələr verə bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
