Medalı Medvedevə geri göndərdi: “Bunu müharibədə oğlu həlak olan rus anaya verin” – FOTObackend

Medalı Medvedevə geri göndərdi: "Bunu müharibədə oğlu həlak olan rus anaya verin" - FOTO

Amerikalı astronavt Skott Kelli Rusiyanın ona verdiyi “Kosmosun öyrənilməsində xidmətlərinə görə” medalını geri qaytarmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Skott Kelli öz rəsmi tviter hesabında paylaşıb.

Sözügedən medalı Kelliyə 2011-ci ildə Rusiyanın o dövrdəki Prezidenti Dmitri Medvedev təqdim edib.

“Cənab Medvedev, mənə təqdim etdiyiniz “Kosmosun öyrənilməsində xidmətlərinə görə” medalını sizə qaytarıram. Xahiş edirəm, onu bu ədalətsiz müharibədə oğlu həlak olan rus anaya verin. Medalı poçt vasitəsilə Rusiyanın Vaşinqtondakı səfirliyinə göndərəcəm. Uğurlar”, – deyə Kelli qeyd edib.

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*