Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Tvitterin loqosunun dəyişdirilməsinə reaksiya verib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, yeni loqonu əla adlandırıb.
“Deməli, indi X-dir? Əla! X olan yerdə həm V, həm də Z var”, – deyə siyasətçi bildirib.
Belə ki, o, sosial şəbəkənin rebrendinqinə ironiya ilə reaksiya verərək, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının simvoluna çevrilmiş simvollara işarə edib.
