Məhəmməd Hadinin nadir kitabı hərraca çıxarıldı – FOTObackend

Məhəmməd Hadinin nadir kitabı hərraca çıxarıldı - FOTO

Dahi Azərbaycan şairi Məhəmməd Hadinin çox nadir kitabı hərrac yolu ilə satışa çıxarılıb.

KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, söhbət Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci ildə çap olunan “İnsanların tarixi faciələri, yaxud Əlvahi-İntibah” kitabından gedir.

Qeyd olunur ki, 48 səhifəlik kitab Bakıda “Turan” mətbəəsində çap olunub. Əski Azərbaycan yazısında çap olunan bu kitab şairin çox nadir kitablarından hesab edilir.

Hərrac üçün əsərin ilkin qiyməti 5 manatdır. Sonrakı artımlar isə minimum 5 manat təşkil edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*