İngiltərənin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah koronavirusa yoluxub.
KONKRET.az xəbər verir ki, Misir yığmasının düşərgəsində olan 28 yaşlı hücumçunun testi müsbət nəticələnib.
Salahda xəstəliyin simptomları aşkarlanmayıb. Millinin digər üzvlərinin test nəticəsi mənfidir.
