Məhkəmə binasında atışma: 6 yaralı, 3-ü uşaqdırbackend

Məhkəmə binasında atışma: 6 yaralı, 3-ü uşaqdır

Türkiyənin Adana şəhərində məhkəmə binasında atışma baş verib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, məhkəmə prosesindən əvvəl binanın girişindəki yoxlama cihazının yanından iki nəfər baxılacaq işdə qarşı tərəf olan ata və qızına atəş açıb.

Bu zaman üçü uşaq olmaqla, altı nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və tibb işçisi cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Cinayətkarlardan biri tutulub, polis digər şəxsin axtarışına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*