Məhkumun vaxtilə basdırdığı silah aşkarlandıbackend

Məhkumun vaxtilə basdırdığı silah aşkarlandı

Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah aşakar edilərək götürülüb.

Bu barədə KONKRET.az-a Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*