Meksikada şəhər meri də daxil olmaqla 18 nəfər öldürüldü – VİDEObackend

Meksikada şəhər meri də daxil olmaqla 18 nəfər öldürüldü - VİDEO

Oktyabrın 5-də cinayətkarlar Meksikanın Herrero ştatının San-Migel-Totolapan şəhərinin administrasiyasına hücum ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “La Jornada” qəzeti məlumat yayıb.

Bildirilib ki, silahlı şəxslər şəhər meri Konrado Mendos və atası Xuan Mendos da daxil olmaqla binada olan 18 nəfəri öldürüb, daha iki nəfəri isə ağır yaralayıblar.

Çinayətkarlar hadisə yerindən qaçıblar. Onların axtarışına hərbçilər cəlb olunub.

Qeyd edək ki, iyun ayında ölkənin mərkəzi hissəsində yerləşən San Luis Potosi ştatında 7 nəfərin meyiti tapılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*