Məktəblər ilin sonunadək bağlı qalacaq? – RƏSMİ AÇIQLAMAbackend

Məktəblər ilin sonunadək bağlı qalacaq? - RƏSMİ AÇIQLAMA

Məktəblərin yenidən əyani təhsilə keçəcəyi tarix böyük maraqla gözlənilir. Yoluxma sayı azalmağa doğru gedərsə, məktəblərin yenidən açılacağı mövzusu valideynləri maraqlandıran əsas məsələrdən biridir.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə gedən müzakirələr zamanı məktəblərin yay tətilindən sonra açılacağı iddia edilib.

İddialara Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov münasibət bildirib:

“Bəzən media qurumlarında görürük ki, ilin sonuna qədər məktəblər bağlı qalacaq. Bu, belə deyil. Növbəti müddət ərzində yoluxmanın statistik göstəricilərinə uyğun olaraq müvafiq qərarlar verilə bilər”.

C.Valehov əlavə edib ki, əgər digər bölgələrdə də müvafiq olaraq hər hansı yoluxma hallarının daha çox olduğu müşahidə edilərsə, distant təhsilə keçməklə bağlı qərarlar həmin təhsil müəssisələri üçün də verilə bilər./baku.ws/

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*