“Mən ev bölgüsündə saxtalıq olmasında xəbərsizəm” – ƏFLATUN AMAŞOVbackend

"Mən ev bölgüsündə saxtalıq olmasında xəbərsizəm" - ƏFLATUN AMAŞOV

Korrupsiya idarəsində dindirilən jurnalistlər hesab edir ki, prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir.

Onlar müraciətdə Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə onlara verilən vəzifədən ancaq jurnalistlərin hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə ediklərini vurğulayıblar. Həmçinin jurnalistlərə verilən evlərin bir çoxunun məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilməsi qeyd olunub.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı adı korrupsiya əməlində hallandırılan Mətbuat Şurasının sədri Əflatun Amaşov Criminal.az saytına açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmadığını deyir.

Şura sədrinin sözlərinə görə, əgər jurnalistrə hüquq-mühafizə orqanına müraciət ediblərsə, bu işin obyektiv araşdırılmasında maraqlıdır: “Jurnalistlərin müraciətindən xəbərsizəm. Kimin nə iradı, faktı varsa, korrupsiya idarəsinə təqdim etsin. Mətbuat Şurasının sədri kimi maraqlıyam ki, müraciət edən jurnalistlərin iradları ciddi araşdırılsın. Çünki fondun yaranmasında, jurnalistlərə mənzillərin verilməsində mənim də təşəbbüsüm və rolum olub. Ona görə də, istəyirəm ki, araşdırma aparılsın, nəticələr mənə də maraqlıdır. Mən ev bölgüsündə saxtalıq olmasında xəbərsizəm. Müraciət edən edən jurnalistlərin bildikləri fakt varsa, ola bilsin korrupsiya idarəsində söyləyəcəklər. Nəticələr maraqlı olacaq”.

Ə.Amaşov deyir ki, bu məsələdə kimlərin rolu varsa, cəzalandırılmalıdır. Mənzil məsələsi dünyanın heç bir yerində olmayan təşəbbüsdür: “Ölkə rəhbəri jurnalistləri təmənnasız mənzillərlə təmin edib. Bu evlər prezidentin adı ilə bağlıdır. Ölkə başçısının jurnalistlərə hədiyyəsidir. Bu məsələ açıq və şəffaf olmalıdır. Kimlərinsə zərrə qədər günahı varsa, hüquqi qiymətini almalıdır”.

Qeyd edək ki, media işçilərinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilməsi ilə bağlı Baş Prokurorluq heç bir açıqlama yaymayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*