“Məni də xarici agent siyahısına yazın” – Alla Puqaçovabackend

“Məni də xarici agent siyahısına yazın” - Alla Puqaçova

Xəbər verdiyimiz kimi sentyabrın 16-da Maksim Qalkinin adı Rusiyada xarici agentlər siyahısına daxil edilib. O, özü də buna münasibət bildirib və qətiyyən üzülmədiyini deyib.

KONKRET.az xəbər verir ki, aktyorun həyat yoldaşı, müğənni Alla Puqaçova məsələ ilə bağlı həyat yoldaşını müdafiə edərək “Instagram” səhifəsində Rusiya Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.

“Sizdən xahiş edirəm ki, məni sevimli ölkəmin xarici agentləri sırasına daxil edəsiniz. Belə ki, mən namuslu, ləyaqətli və səmimi insan, Vətənə firavanlıq, dinc həyat və söz azadlığı, ölkəmizin təklənməsinə və insanlarımızın həyatının ağırlaşmasına gətirib çıxaran xəyali hədəflər uğrunda övladlarımızın ölməsinə son qoyulmasını arzulayan, Rusiyanın əsl və sarsılmaz vətənpərvəri olan həyat yoldaşımla həmrəyəm”, – ifaçı qeyd edib.

“Məni də xarici agent siyahısına yazın” - Alla Puqaçova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*