Rusiya 48 saat ərzində Kiyevi məğlub edəcəyini desə də, müharibə artıq bir aydır ki, davam edir.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan İYİP partiyasının lideri Meral Akşener Rusiya-Ukrayna müharibəsini şərh edərkən bildirib:
“Gəlin Rusiyanı götürək. Ukraynaya qarşı amansız və qanlı işğal cəhdinə baxmayaraq, müharibə bir aydır ki davam edir. Ukraynalılar çox çətin şəraitdə mübarizə apararaq bütün dünyaya iki əsas faktı xatırladırlar:
Birincisi, müstəqilliyə inanan, onun uğrunda mübarizə aparan xalqın düşməni nə qədər güclü olsa da, o, məğlub olmayacaq İkincisi, ağıl və təcrübə tələb edən məsələlərdə dövləti özü ilə eyniləşdirən tiranlıq mütləq hər şeyi məhv edər.
Çünki tiranların reallıq haqqında təhrif anlayışı var. Tiranların əhatəsində heç kimin həqiqəti deməyə cəsarəti çatmır.
Onsuz da tiranların həqiqətə ehtiyacı yoxdur. Ona görə də onların nə öz xalqına, nə də insanlığa faydası yoxdur.
Beynəlxalq sanksiyalar Rusiyanı bir anda onilliklərlə geriyə atdı. Onu az qala dünyadan təcrid olunmuş açıq həbsxanaya çevirdi. Nə üçün? Çar olmaq arzusuna görə… Bu gün Rusiya dövləti həmişəkindən daha zəifdir”.
İqbal Rzayev,
KONKRET.az
