Məşhur aktyorun məzarı insanları üzdü – Qəbirə gələn it, pişiklər…backend

Məşhur aktyorun məzarı insanları üzdü - Qəbirə gələn it, pişiklər...

Türkiyəli tanınmış aktyor Tarık Akanın məzarı müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, ustad sənətçinin məzarının betonla örtüldüyünü görənlər təəccüblərini gizlədə bilmirlər. İllərlə ateist olduğu deyilən və dəfn olunmaq istəməyən aktyorun məzarının quruluşu suallar doğurub.

2016-cı ildə dünyasını dəyişən aktyorun məzarı betonla örtülüb və maili arx var. Yağış suyu və Akanın məzarına gələnlərin qəbrə tökdüyü su bu arxda toplanır. Beləcə, qəbirə gələn quşlar, pişik və itlər isti havada yığılan suyu rahatlıqla içə bilirlər.

Tarık Akanın oğlu sosial mediada tez-tez istifadə olunan “O ateist idi” ittihamlarına cavab verib:

“Məscidin imamına zəng edib soruşa bilərlər ki, iş düzgün aparılıb. Hər şey İslam üsulları ilə edilib. “Dinsiz” olmaqda ittiham olunmaq əlbəttə ki, ağırdır! Biz ailə olaraq dindar insanlarıq, müsəlmanıq. Düşünürük ki, din Allahla bəndə arasındadır, onu reklam etmək olmaz. Biz də atam kimi düşünürük. Atam ateist deyildi. O, dövlət və din işlərinin bir-birindən ayrılmalı olduğunu düşünənlərdən idi”./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*