Türkiyədə baş verən zəlzələrdən sonra Antakya rayonunda Renessans Residence binasının dağıntıları altında qalan “Hatayspor”un futbolçusu Kristian Atsunun cəsədi tapılıb.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə 31 yaşlı qanalı futbolçunun meneceri Murat Uzunmehmet bildirib.
Hadisə ilə bağlı açıqlama verən Uzunmehmet qeyd edib ki, Atsunun cansız bədəni dağıntılar altında çıxarılıb.
İqbal Rzayev,
KONKRET.az
