İkiqat “Qızıl qlobus” mükafatı laureatı, “Oskar” və “BAFTA” mükafatlarına nominant amerikalı aktyor Corc Siqal 87 yaşında dünyasını dəyişib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, o, koronar şuntlamadan sonrakı ağırlaşmalar səbəbindən vəfat edib.
Qeyd edək ki, Siqal son illər “Qoldberqlər” (2013-…) sitkomunda çəkilirdi.
