Argentina Polşaya qalib gəldi – YENİLƏNİBbackend

Argentina Polşaya qalib gəldi - YENİLƏNİB

Bu gün dünya çempionatında C qrupunun oyunları başa çatacaq.

KONKRET.az xəbər verir ki, mundialın favoritərindən Argentina Polşa ilə qarşılaşacaq.

İlk turda sürpriz edərək Argentinanı məğlub edən Səudiyyə Ərəbistanı isə Meksika ilə üz-üzə gələcək.

Bu qrupda 4 komandanın da növbəti mərhələyə çıxmaq şansı var.

Qarşılaşmalar saat 23:00-da başlayacaq.

DÇ-2022

C qrupu

3-cü tur

Polşa – Argentina

Səudiyyə Ərəbistanı – Meksika

***

Qətərdə keçirilən dünya çempionatının C qrupunun III turunda üz-üzə gələcək Polşa və Argentina yığmalarının start heyətləri açıqlanıb.

KONKRET.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Polşa: Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski (K), Pyotr Zelinski, Karol Sviderski

Argentina: Emiliano Martines, Nikolas Otamendi, Nauel Molina, Markos Akunya, Xulian Alvares, Rodriqo de Paul, Entso Fernandes, Kristian Romero, Aleksis Makallister, Anxel Di Mariya, Lionel Messi

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Argentina – Polşa matçı başladı.

***

Matçın 39-cu dəqiqəsində Messi penaltidən yararlana bilmədi.

***

Makallister 46-cı dəqiqədə Argentinanı hesabda irəli çıxardı: 1-0.

***

Argentina Alavaresin 67-ci dəqiqədə vurduğu qolla fərqi artırdı: 2-0.

***

Argentina 2-0 Polşanı məğlub edərək qrup lideri kimi pley-offa vəsiqə qazandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*