Ulduz futbolçu Lionel Messinin millidəki karyerasını başa vurmasından sonra Argentina millisində əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza geyinə bilər.
KONKRET.az ESPN-ə istinadla xəbər verir ki, millinin baş məşqçisi Lionel Skaloni belə bir qərar verməyi planlaşdırır.
Qeyd olunub ki, millinin digər üzvləri – Enzo Fernandes və Aleksis Mak Allister kimi futbolçular da 10 nömrəli forma üçün namizədlər arasında olsa da, Skaloni seçimində Pazın üzərində dayanıb.
Qeyd edək ki, Paz indiyə kimi Argentina millisində 18 nömrəli formanı geyinib.
